1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qara Qarayev: "Oyun penaltilərə getsə, şansımız azalardı"
"Şadam ki, Azərbaycan Kubokunu qazandıq. Bu münasibətlə bütün "Qarabağ" sevərləri təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Kubokunun finalında "Neftçi" ilə qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında deyib.
Son oyun haqda danışan yarımmüdafiəçi qalib gəlmələrinə baxmayaraq "Neftçi"nin çətin rəqib olduğunu bildirib: "Finalın çətin olacağını bilirdik. Çünki həlledici görüş bir oyundan ibarətdir. "Neftçi" də bunu bacaran komandadır və son görüşdə də özünü göstərdi. Nəticə qazanmağımıza sevinirəm. Oyun penaltilərə getsə, şanslarımız azalardı. Çünki penaltilərdə "Neftçi" daha yaxşıdır. Oyunda bir az aqressivlik vardı. Burada bizlik heç nə olmadı. Çünki biz oyunun tempini salmağa çalışırdıq. İlk dəqiqələrdə qol şansımız olsa da, istifadə edə bilmədik".
24 yaşlı futbolçu milli komandanın heyətində Avstriya toplanışında keçirəcəkləri yoldaşlıq oyunlarından da söz açıb: "İnanıram ki, burada oynadığımızdan daha artığını Avstriyada göstərəcəyik. Baş məşqçimiz də bizə bunu tapşırıb. Rəqibin kimliyindən asılı olmayaraq uğur qazanmaq lazımdır. Ən azından rəqib güclü olsa da, yaxşı çıxış edib sentyabrda dünya çempionatının təsnifat mərhələsinin oyunlarına hazırlaşmalıyıq. Təbii ki, ardarda oyunlar, toplanışlar, istirahətin az olması çətindir. Ancaq işimizi sevə-sevə edirik. Uğur qazandıqca insan daha çox motivasiya olur".