Albaniya milli komandasının kapitanı Lorik Sana maraqlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, yığmanın veteranı AVRO-2016-da İsveçrə yığması ilə matçda bilərəkdən qırmızı vərəqə aldığını etiraf edib.
Əllə oyuna görə ikinci sarı vərəqə alan Sananın sözlərinə görə, həmin anda başqa çıxış yolu yoxdur: "Mən topa çata bilmirdim və buna görə də belə etməyə məcbur oldum. İsveçrəlilərin qapıçımızla təkbətək çıxmasına imkan vermək olmazdı. Mən komandanı pis vəziyyətdə qoydum, amcaq qarşıda hələ iki oyunumuz var".
Xatırladaq ki, 33 yaşlı Sana ikinci turda Fransa ilə matçda yığmasına kömək edə bilməyəcək.