
AVRO-2016-da B qrupunun ikinci turunun açılış matçının ən yaxşı futbolçusu açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Slovakiyanın lideri Marek Hamşik Rusiya ilə oyunun ən yaxşı futbolçusu seçilib. "Napoli"nin yarımmüdafiəçisi millisinin final mərhələsində ilk qələbəsində (2:1) 1 qol və 1 məhsuldar ötürməylə əsas pay sahibi olub.