AVRO-2016-da Rusiya və İngiltərədən olan azarkeşlər arasında insident davam edir. Sportnet.az-ın məlumatına görə, Fransanın Lill polisi bu 2 ölkənin fanatlarına qarşı gözyaşardıcı qazdan istifadə etməli olub.
Qoruyucu geyim vasitələri geyinən polislər azarkeşləri küçələrdən qovur. Hüquq-mühafizə orqanlarının fəali hərəkətlərinə əsas səbəb fanatların növbəti qarşıdurması olub. İngilislər rus fanatlar haqda mahnı oxuyublar, onlar isə buna cavab olaraq fişənglər atıblar.
Xatırladaq ki, rus və ingilis azarkeşlər araısnda ilk toqquşma Marseldə olub. UEFA İngiltərə - Rusiya oyununda fanatların hərəkətinə görə Rusiya Futbol İttifaqını 150 min avro cərimələyib, Rusiya yığması isə AVRO-2016-da şərti cəzalandırılıb. İnsidentlər davamlı olacağı halda cəza reallaşacaq.