AVRO-2016-da Fransa - Albaniya oyunu 1 dəqiqəlik sükutla başlayıb. Sportnet.az-ın məlumatına görə, komandalar şəxsi evlərinə hücum nəticəsində öldürülən polis ər-arvadın xatirələrini yad ediblər.
Bu olay bir neçə gün öncə Parisin kənarında baş verib. Fanat ev sahibinə 9 bıçaq zərbəsi endirib və onun həyat yoldaşının boğazını kəsib. Həmin xanım da polis işləyirmiş.