1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA türk fanatlarla bağlı qərarını iyunun 20-də açıqlayacaq
UEFA Xorvatiya Futbol İttifaqı və Türkiyə Futbol Federasiyası ilə bağlı qərarını iyunun 20-də açıqlayacaq. Sportnet.az-ın məlumatına görə, bu, hər iki ölkənin futbol fanatlarının xoşagəlməz davranışları ilə bağlıdır.
Xorvat azarkeşlər milli komandalarının Çexiya yığması ilə 2:2 hesabı ilə nəticələnən matçını yarımçıq dayandırıblar. Buna səbəb istifadə olunan pirotexnikalar, meydana fişənglər atılması və azarkeşlərin tribunada dava-dalaş salmalarıdır. Xorvat fanatlar həmçinin nasist simvollardan istifadə ediblər.
Türkiyə yığmasının azarkeşləri isə İspaniyaya 0:3 hesabı ilə uduzduqları matçda pirotexnikadan istifadə edib, meydana fişənglər atıblar. Onlar həmçinin meydana daxil olmaqda günahlandırılır. UEFA məsələ ilə bağlı araşdırmalara başlayıb və yekun qərarı iyunun 20-də açıqlayacaq.
Xatırladaq ki, qitə futbol qurumu Rusiya Futbol İttifaqını ötən həftə 150 min avro cərimələyib, Rusiya yığmasını şərti cəzalandırıb. Rus azarkeşlər millilərinin İngiltərə yığması ilə 1:1 hesabı ilə nəticələnən oyunda insidentdə iştirak ediblər.