Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək "Qarabağ” Avstriyada hazırlığını davam etdirir. Sportnet.az-ın məlumatına görə, komanda təlim-məşq toplanışının ikinci günündə 2 məşqlə kifayətlənib.
Bakı vaxtı ilə saat 21:00-da başlayan ikinci məşq tamamilə toplu çalışmalara həsr olunub. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı futbolçular topla müxtəlif hərəkətləri yerinə yetiriblər.
Qeyd edək ki, sabah üçün "Qarabağ”ın daha bir məşqi nəzərdə tutulub.