Bu gün AVRO-2016-da B qrupunda son tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, qrupun aşkar favoriti olan İngiltərə yığması liderliyini əldən verib. Buna səbəb Roy Hocsonun yetirmələrinin son turda Slovakiya ilə heç-heçə etməsi səbəb olub.
İngilislərin büdrəməsindən digər Böyük Britaniya təmsilçisi maksimum yararlanıb. Bu, Rusiyanı darmadağın edən Uels millisi olub. Nəticədə Qaret Beylin lideri olduğu yığma 6 xalla mübarizəni 1-ci yerdə başa vurub. Bu qrupda 4 xalla 3-cü olan Slovakiyanın pley-offa çıxmağa yaxşı şansı var.
Avropa çempionatı, III tur
B qrupu
23:00. Rusiya - Uels - 0:3
Qollar: Aron Remsi, 11, Neyl Teylor, Qaret Beyl, 69
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Dördüncü hakim: Daniele Orsato
Ehtiyat köməkçi-hakim: Mauro Tonolini (hər ikisi İtaliya)
Hakim-inspektor: Yaap Uilenberq (Hollandiya)
UEFA nümayəndəsi: Ales Zavrl (Sloveniya)
Tuluza, şəhər stadionu
23:00. Slovakiya - İngiltərə - 0:0
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes, Xesus Gil Manzano
Əlavə köməkçi-hakim: Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Antonio Damato
Ehtiyat köməkçi-hakim: Elenito Di Liberatore (hər ikisi İtaliya)
Hakim-inspektor: Herbert Fandel (Almaniya)
UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)
Sent-Etyen, "Joffrua Giş"
B qrupunda xal durumu: Uels - 6, İngiltərə - 5, Slovakiya - 4, Rusiya - 1.