
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, biletləri bu gündən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, iyunun 30-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Samtredia" matçı saat 21:00-da başlayacaq.