1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dmitri Kramarenko: "Santinini ilk oyunadək tam hazır edəcəyik" - VİDEO
"Bizdə yoxlanışda iki qapıcı var idi. Santini – artıq müqavilə imzalayıb. Ona qədərsə monteneqrolu qapıçı Miloş (Milan Miyatoviç) var idi. Amma tibbi müayinə zamanı problemləri ortaya çıxdı. Buna görə də onu geri göndərməyə məcbur olduq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenko klubun televiziyasına açıqlamasında bildirib.
O, yeni qapıçı Krşevan Santini və gənc yerli qolkiperlərin hazırlığını dəyərləndirib: "Prinsipcə, qapıçıların işindən razıyam. Hal-hazırda toplanışda Santini, Maksim Vaylo və Kamran İbrahimov var. Uşaqlar səylə çalışırlar, məşq edirlər. Santini təcrübəli qapıçıdır, 29 yaşı var, uzun müddət Ukrayna çempionatında, eləcə də öz ölkəsi Xorvatiyada çıxış edib. Fikrimcə, proqrama əsasən biz onu birinci oyunadək tam hazır vəziyyətə çatdıracağıq”.
Xatırladaq ki, "Neftçi"nin yeni mövsümdə ilk oyununda iyunun 30-da Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Maltada "Baltsan"la olacaq.