
Bu gün Çempionlar Liqasının ilk təsnifat mərhələsi çərçivəsində 4 görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, Estoniya, Uels, Andorra və Maltada baş tutacaq oyunlarda müvafiq olaraq, "Flora” "Linkoln”u, TNS "Tre Penne”ni, "Santa Koloma” "Alaskert”i, "Valletta” isə "Torshavn”ı qəbul edib.
İlk matçlar qonaqlar üçün uğursuz olub. Belə ki, səfərdə çıxış edən komandaların heç biri qalib gələ bilməyib. Keçirilən 4 oyundan 3-də qələbə qazanan meydan sahibləri buna yalnız 1 top fərqi ilə nail olublar. Andorradakı matçda isə qolsuz bərabərlik qeydə alınıb.
Çempionlar Liqası, I təsnifat mərhələsi
İlk oyunlar
28 iyun
20:00. "Flora” (Estoniya) - "Linkoln” (Cəbəllütariq) - 2:1
Qollar: Rauno Alliku, 35, Rauno Sappinen, 49 - Cozef Çipolina, 57
21:00. "Valletta” (Malta) - "Torshavn” (Farer adaları) - 1:0
Qol: Federiko Falkone, 69
22:00. TNS (Uels) - "Tre Penne” (San-Marino) - 2:1
Qollar: Skott Quiqley, 15, Cemi Mullan, 40 - Sem Fraternali, 16
22:00. "Santa Koloma” (Andorra) - "Alaskert” (Ermənistan) - 0:0