1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nika Kvekveskiri: "Samtredia" ilə qrupda görüşsəydik, şad olardım" - MÜSAHİBƏ
"Qəbələ"nin gürcüstanlı futbolçusu Nika Kvekveskirinin Sportnet.az-a müsahibəsi
- Yeni komandanın yaxşı tanıdığın həmyerlilərinə belə hesabla qalib gələcəyini gözləyirdinmi?
- Açığı, oyunun belə nəticələnəcəyini gözləmirdik. Çoxlarına elə gəlir ki, bizə hər şey asan başa gəldi. Ancaq bu, çox çətin idi. Sadəcə, oyuna çox yaxşı hazırlaşmışdıq. Uzun müddətli toplanışımız oldu. Baş məşqçimiz rəqibin güclü və zəif tərəflərini çox yaxşı təhlil etmişdi. Biz də onun qarşıya qoyduğu vəzifələri demək olar yüz faiz yerinə yetirdik. Buna görə belə hesab qeydə alındı.
- Artıq növbəti mərhələyə vəsiqə qazandığını demək olarmı?
- Yox. Ancaq hələ hər şey bitməyib. Təəssüf ki, evdə 1 qol buraxdıq. Ona görə də Gürcüstanda ad tam konsentrasiyalı şəlkildə mübarizə aparmalıyıq.
- Bu gün "Qəbələ" belə güclü idi, yoxsa "Samtredia" belə zəif? Hər halda, rəqibiniz Gürcüstanın vitse-çempionudur...
- Belə deyərdim ki, "Qəbələ" ən yaxşı oyununu göstərdi, "Samtredia" isə ən zəifini. Mən belə düşünürəm. Hər halad, nəticəyə əsasən bu cür fikir yürütmək olar. Ancaq dediyim kimi, mübarizə hələ bitməyib. Biz cavab matçına da yüz faiz güclə hazırlaşmalıyıq.
- Səncə, "Qəbələ" hansı komponentdə rəqibdən daha yaxşı idi? Qələbə istəyi, taktika, usatlıq səviyyəsi, yoxsa?
- Qələbə istəyi onlarda da böyük idi. Çünki "Samtredia"da gənc futbolçular çoxdur. Avropa Liqasında növbəti mərhələyə çıxmağı çox istəyirdilər. Sübut etmək istəyirdilər ki, onlar da futbol oynaya bilirlər. Buna görə meydanda hər şeyi yaxşı temək istədilər. Ancaq "Qəbələ" daha təcrübəli komandadır. Avropa Liqasının qrup mərhələsində oynayıb. Biz fiziki hazırlıqda rəqibi bir az üstələdik. Taktikamız da özünü dorultdu. Baş məşqçimiz də hər şeyə düzgün qərar verdi. Biz planlaşdırdığımız hər şeyi çox düzgün həyata keçirdik.
- Xarici komandanın heyətində öz həmyerlilərinə qraşı oynayanda hansı hissləri keçirirsiniz?
- Açığı, püşkün nəticəsini biləndə, mənə xoş olmadı. Həmyerlilərimlə qrup mərhələsində düşsəydik, şad olardım. Mən 2Qəbələ2də oynasam da, Gürcüstan futbolunun azarkeşiyəm. "Samtredia"ya gələcək oynlarda uğurlar arzulıyram. Sadəcə, mən bu gün 2"Qəbələ"nin futbolçusuyaç və onun uğuru üçün bütün gücümü ortaya qoymalıyam.