1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Filip Ozobiç: "Avropa Liqasının qrupunda oynaya bilərik"
"Samtredia” ilə oyun çox yaxşı alındı. Komandamız əla təsir bağışladı. Matçın əvvəlində ardıcıl 2 qol vurmağa müvəffəq olduq və bununla böyükhesablı qələbənin təməli qoyduq”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ”nin yeni transferi Filip Ozobiç deyib. Xorvatiyalı yarımmüdafiəçi Avropa Liqasının ilk təsnifat mərhələsində Gürcüstanın "Samtrdeia” klubu üzərində 5:1 hesablı qələbədən sonra cütün taleyinin böyük ölçüdə həll olunduğunu bildirib: "Amma qarşıda daha bir oyun var. Həmin görüşə də ciddi yanaşmalıyıq. Çünki yalnız həmin matçdan sonra növbəti tura vəsiqə qazanan komanadanın adı rəsmiləşəcək. Əlimizdən gələni edəcəyik ki, səfərdə də qələbə qazanaq”.
Ozobiç oyundan əvvəl də daha çox qol vurmaq istədiklərini etiraf edib: "Bunun üçün dayanmadan rəqib qapısına doğru hücum edirdik. Yalnız ona təəssüflənirəm ki, qapımızı toxunulmaz saxlaya bilmədik. Qol buraxdığımız üçün təəsssüflənirəm”.
Legioner "Qəbələ”də debütünü belə dəyərləndirib: "Yaxşı oynadığımı düşünürəm. Lakin hələ də 100 faiz hazır deyiləm. Hər oyundan sonra daha yaxşı çıxış edəcəyəm. Bir qədər zamana ehtiyac var. Çox yaxşı komandanız var. Elə ilk rəsmi oyunda da bunu sübuta yetirdik. Avroliqanın qrup mərhələsində oynaya bilərik”.