"Qəbələ" klubunun Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə səfərdə keçirəcəyi oyun üçün səfər klubu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, oyundan bir gün öncə yola düşəcək.
Roman Qriqorçukun rəhbərlik etdiyi komanda iyulun 6-da çarter reysi ilə Bakıdan maçtın keçiriləcəyi şəhərə - Zestafoniyə yollanacaq. Oyun saatı gec olmadığından "qırmızı-qaralar" oyundan dərhal sonra vətənə dönəcək.
Qeyd edək ki, "Samtredia" - "Qəbələ" matçı iyulun 7-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bakıda keçirilmiş ilk oyunda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb.