İngiltərənin "Mançester Yunayted" klubu Almaniya "Borussiya"sında (Dortmund) çıxış edən Henrix Mxitaryanı heyətinə cəlb edib. Sportnet.az-ın Almaniya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, Mxitaryan bundan sonra Mançester klubunun uğurları üçün çalışacaq.
Bundesliqa komandasının meneceri futbolçu ilə 1 illik müqavilənin qalmasına baxmayaraq möhtəşəm təklifə yox demədiklərini söyləyib.
Qeyd edək ki, Joze Mourinyonun baş məşqçisi olduğu "Mançester Yunayted" daha öncə Zlatan İbrahimoviçi heyətinə cəlb edib.









                 





    
    
    
    
    
    
    
    
    






















































