Avropa Liqasının I təsnifat mərhələsində "Daçiya" və "Kəpəz" komandaları arasında Moldovada keçiriləcək cavab görüşünün hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, oyunu Gürcüstandan olan hakimlər idarə edəcək.
Matçın baş hakimi Laşa Silaqava olacaq.
Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunu
7 iyul
19:00. "Daçiya" (Moldova) - "Kəpəz" (Azərbaycan)
Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Goga Kikaçeişvili (Hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Speya. Speya Stadionu
Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda 0:0 hesabı qeydə alınıb.