1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" növbəti mərhələdə - YENİLƏNDİ
Bu gün "Neftçi" klubu Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Maltanın "Baltsan" klubunu qəbul edib. Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"da keçirilən qarşılaşmadan qonaqlar qalib ayrılıb.
Oyunun ilk dəqiqələrindən hücuma keçən meydan sahibləri istəyinə 20-ci dəqiqədə çatıb. "Ağ-qaralar"ın heyətində Jayro rəqibi məyus edib. Komandalar qarşılıqlı hücumlar etsələr də ilk hissədə hesab dəyişməyib.
İkinci yarıya qonaqlar daha aktiv başlayıb. Lidon Miçallef 51-ci dəqiqədə "Neftçi" azarkeşlərini məyus edib. Cəmi 6 dəqiqə sonra Miçallef təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Hücumların kəsərini artıran "Baltsan" bir dəfə qol sevinci yaşayıb. 67-ci dəqiqədə Miçallef dubl edib. Oyun bu hesabla da başa çatıb.
Məğlubiyyətə baxmayaraq "Neftçi" mərhələ adlayan tərəf olub. Bakı klubunun II təsnifat mərhələsindəki rəqibi "Krakoviya” (Polşa) - "Şkendiya” (Makedoniya) cütünün qalibi olacaq. Makedoniya klubu ilk oyunda 2:0 hesablı qələbə qazanıb.
İlk oyun iyulun 14-də Bakıda keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsinin cavab oyunu
7 iyul
20:00. "Neftçi" (Azərbaycan) - "Baltsan" (Malta)- 1:2
Qol: Jayro, 20 - Lidon Mikallef, 51; 67
Hakimlər: Yaroslav Kozik
Yan xətt hakimləri: Yevgeni Xalamendik, Viktor Matyaş
Dördüncü hakim: Mikola Balakin (hamısı Ukrayna)
UEFA nümayəndəsi Oljas Abrayev (Qazaxıstan)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
Bakı. "Bakcell Arena" stadionu
İlk oyun - 2:0