
"Baltsan 4000 əhalisi olan bir kənddir. İkinci dəfədir ki, Avropadayıq. bizimlə mübarizədə "Neftçi" daha böyük klubdur". Sportnet.az-ın məlumatına görə, bunu Maltanın "Baltsan" klubunun prezidenti Anton Tagliaferro deyib.
O, oyuna yaxşı hazırlaşdıqlarını deyib və klub büdcəsini açıqlayıb: "Yaxşı hazırlaşmışdıq. Maltadakı hesabdan (0:2) məyus olmuşduq. İkinci hissədəki oyunumuzla şansımızın olduğunu nümayiş etdirdik. "Neftçi"yə uğurlar arzu edirik. Heyətdə 2 futbolçu bizim kənddə yetişib. Beşi xaricidir. Maltanın ərazisi Bakıdan daha kiçikdir. Klubun təxminən 1.5 milyon avro büdcəsi var".