Moldovadan dünən Vətənə dönən "Kəpəz” məşqlərə başlayır. Sportnet.az-ın məlumatına görə, bu gün bərpaedici hazırlıqla kifayətlənəcək komanda sabahdan meydanda məşq edəcək.
Avropa Liqasının II təsnifat mərhələsində iyulun 14-də Avstriyanın "Admira” klubu ilə keçiriləcək səfər oyununa "sarı-göylər” Bakıda hazırlaşacaq. Gəncə klubu iyulun 10-12-si tarixlərində paytaxtda məşq edəcək.
Komandanın sabaha olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda saat 18:00-da keçiriləcək.