1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Yılmaz Azərbaycan millisində oynamaq istəsə də..."
"Türkiyəli futbolçu Dəniz Yılmaz Azərbaycan millisində oynamaq variantı indinin söhbəti deyil. O, bir neçə il öncə bizə bununla bağlı rəsmi müraciət etmiş, AFFA-ya ərizə yazmışdı". Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının rəisi İslam Abbasov bildirib. Türkiyənin "Bursaspor" klubunun futbolçusu Dəniz Yılmazın millimizdə oynamaqla bağlı AFFA-dan təklif almasına münasibətini bildirən Abbasov məsələyə aydlnlıq gətirib.
O, yaxşı tanıdıqları gənc hücumçunun özünün millimizdə oynamaqda maraqlı olduğunu söyləyib: "Ancaq sonradan nəsə fikrini dəyişdi. İlk növbədə futbolçunun istəyi, razılığı olmalıdır ki, bundan sonra biz məsələyə baxaq. Ola bilsin ki, indi Dənizin fikri var. Yəqin ki, bu variant haqda düşünüb və millimizdə oynamaq istədiyini bildirib".
Abbasovun sözlərinə görə, Yılmazın millimizdə oynamaq istəyi hələ Berti Foqtsun baş məşqçiliyi dövründə olub: "Bu söhbət hazırkı baş məşqçimiz Robert Prosineçkindən əvvəl də olub. Dəniz Proseinçkinin vaxtında da istəyini bildirdi. Ancaq sonra dedi ki, düşünəcəm, qərarımı deyəcəyəm. Bir sözlə, konkret bir şeyin olmadığını demək istəyirəm".
Yığma rəisi Dənizin oyununu millimizin məşqçilərini gördüyünü deyib: "Təbii ki, futbolçuya maraq var. O, hücumçudur. Yılmaz çıxış etdiyi oyunları izlənilib, bir hücumçu olaraq nəyə qadir olması haqda məlumat var. Ancaq öncə futbolçunun öz istəyi mütləq olmalıdır. Çünki o, Türkiyə vətəndaşıdır. Dəniz razılığını verəndən sonra artıq Azərbaycan milli komandası baxmalıdır ki, onu gətirmək olar, yoxsa yox".