1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" ukraynalı futbolçunun planlarını pozub
Ukraynalı futbolçu Denis Kojanov Moldovanın "Daçiya" klubundan gedişi haqda danışıb. Sortnet.az-ın məlumatına görə, Avropa Liqasının I təsnifat mərhəlsində "Kəpəz"ə məğlubiyyət yarımmüdafiəçinin planlarını pozub.
Çünki Kojanov iyunda müqavilə bağladığı, heç 1 ay qalmadığı Kişinyov təmsilçisinə başqa məqsəd üçün gəlibmiş: "Mən Moldovaya yalnız ona görə getdim ki, avrokuboklarda oynayım. Ancaq Gəncə şəhərinin təmsil edən Azərbaycan klubuna məğlubiyyətdən sonra "Daçiya" rəhbərliyi ilə müqavilənin qarşılqılı razılıqla vaxtında əvvəl pozulması barədə ortaq məxrəcə gəldik. Etiraf edim ki, Moldova çempionatı mənin üçün maraqsız idi. "Daçiya"dan gedişim çoxlu amillə bağlıdır. Maddi məsələlər də rol oynadı. Mənimlə birgə "Daçiya"dan Rinar Valeyevlə Andrey Slinkin də getdii. Ancaq yalnız onlar deyil. Məncə, komandadan hardasa 5-6 futbolçu gedib".
Xatırladaq ki, "Kəpəz" evdə qolsuz bərabərliyə qaldığı "Daçiya"nı səfərdə 1:0 hesabı ilə məğlub edərək mərhələ kçeib. Kojanov hər 2 oyunda əsas heyətdə meydana çıxıb.