 
Azərbaycanın 2 klubu Avropa Liqasında II təsnifat mərhələsinin ilk görüşlərini səfərdə keçirib. Sportnet.az-ın məlumatına görə, Avstriyada "Admira Vakker"in qonağı olub. 
	
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 41-ci dəqiqədə künc zərbəsindən sonra Dominik Ştarkl vurub. Bu, cari mövsümdə "Kəpəz"in Avroliqada buraxdığı ilk qol olub. Cavab görüşü iyulun 20-də Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək. 
 
	"Qəbələ" isə tarixində ilk dəfə Avropa kuboklarında səfər qələbəsi qazanıb. "Qırmızı-qaralar" buna Macarıstanda MTK ilə Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə nail olublar. 
	
		
	Dyör şəhərindəki "Dyirmoti" stadionundan keçirilmiş qarşılaşmada qonaqlar 2:1 hesablı qələbə qazanıblar. Oyun "Qəbələ" üçün yaxşı başlamayıb. 15-ci dəqiqəqə isveçli baş hakim Boyan Pançiç meydan sahiblərinin lehinə penalti təyin edib. Lakin kapitan Yojef Kantanın zərbəsini qonaqların qapıçısı Dmitri Bezotosnı qaytarıb. 
	
		
	Bundan ruhlanan "Qəbələ" hücumlarının kəsərini artırıb və 25-ci dəqiqədə hesabı açıb. Cərimə zərbəsini iti bucaq altından yeni transfer Nika Kvekveskiri dəqiq yerinə yetirib. 
	
		
	Fasilədən sonra qonaqlar daha bir qol vurub. 63-cü dəqiqədə daha bir yeni transfer Filip Ozobiç topu uzaq küncə göndərib. Meydan sahibləri 70-ci dəqiqədə təsəlli qolunu vurmağa müvəffəq olublar. Şandor Torgelle fərqlənib. 
	
		
	Qalan dəqiqələrdə hesahdakı üstünlüyünü əldən verməyən "Qəbələ" iyulun 21-də keçiriləcək cavab görüşü üçün böyük üstünlük əldə edib. 
	
		
	Qeyd edək ki, Avroliqanın II təsnifat mərhələsində çıxış edən Azərbaycanın daha bir klubu "Neftçi" evdə Makedoniya "Şkendiya"sının müqavimətini qıra bilməyib - 0:0. Cavab görüşü iyulun 21-də olacaq.     
	 
 
	
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
		
14 iyul
21:00. "Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan) - 1:0
Qol: Dominik Ştarkl, 41
Baş hakim: Pavle Radovanoviç
Yan xətt hakimləri: Dimitriye Mrqudoviç, Aleksandar Cikanoviç
Dördüncü hakim: Miloş Savoviç (hamısı Monteneqro)
Sent-Polten, "NV Arena"
		
22:30. MTK (Macarıstan) - "Qəbələ" (Azərbaycan) - 1:2
Qollar: Şandor Torgelle, 70 - Nika Kvekveskiri, 25. Filip Ozobiç, 63
Vurulmayan penalti: Yojef Kanta, 15 (MTK - qapıçı)
Baş hakim: Boyan Panciç
Yan xətt hakimləri: Ştefan Hallberq, Maqnus Syöblom
Dördüncü hakim: Mohammed Əl-Hakim (hamısı İsveç)
Dyör, "Dyirmoti" stadionu. 
	
Qeyd edək ki, "Kəpəz" cavab görüşünü iyulun 20-də, "Neftçi" və "Qəbələ" isə iyulun 21-də keçirəcək. Avroliqanın III təsnifat mərhələsinin püşkü isə iyulun 15-də atılacaq.