1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramil Şeydayev: "Heç kim mənə əsas heyətdə oynayacağıma söz verməyib"
"Rusiyada daha bir variantım "Ural" klubu idi. Almaniyaya çağırıdılar. Ancaq mən "Trabzonspor"a keçməyi qərara aldım". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin "Trabzonspor" klubuna keçən azərbaycanlı futbolçu Ramil Şeydayev Rusiya mətbuatına müsahibəsində bildirib. O, bu keçidlə bağlı "Zenit-2"də baş məşqçisi olan Vladislav Radimovla söhbətləşdiyini bildirib: "O, mənə istənilən qərarıma hörmətlə yanaşdığını bildirdi. Çox şadam ki, Radimov məni dəstəkləyir və başa düşür. Əlbəttə, "Trabzonspor"un əsas heyətinə düşmək üçün cididi mübarizə aparmalı olacağam. Axı heç kimi mənə əsas heyətdə oynacağıma söz verməyib. Buma layq olduğumu sübut etmək lazımdır. Mən "Trabzonspor"a keçməmişdən öncə də Türkiyə çempionatını pis bilmirdim. Onun Rusiya ilə müqayisə etməyin mümkün olduğunu bilmirəm. Nə vaxt oynayacam, onda aydın olacaq".
Şeydayev Türkiyə Super Liqasını 3 komandanın - "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"dan ibarət turnir olması ilə razılaşmadığını söyləyib: "Mən belə hesab etmirəm. "Trabzonspor" 6 dəfə Türkiyə çempionluğu titulunu qazanıb, ölkə kubokunu bir dəfə olsun götürməyib. O, həmişə hardasa liderlərin yanındadır. İndi də biz mükafatlar, hətta çempionluq uğrunda mübarizə aparacağıq".
Ramil Türkiyədəki azarkeşlərdən də danışıb: "Trabzonspor"un azarkeşlərinin fotolarını görmüşəm, matçların videoyazılarına baxmışam. Azarkeşləri həqiqətən çoxdur. Türkiyəli fanatlar ümumiyyətlə, çox aktivdirlər. Orada stadion da "Petrovski"dən böyükdür. İndi 20 min azarkeş tutumuna malikdir. Ancaq eşitdiyə görə, sentyabrda yeni arena çaılacaq. Orada daha çox azarkeş tutumludur. Buna görə də Türkiyədə yaxşı futbol atmosferi təmin olunub".
Futbolçumuz hələ ki Türkiyədə tək yaşayacaq: "Trabzonun öznüdə hələ olnamamışam. Ora gələndə klubun bazasına yaxın mənzil tapacağam və hələ ki tək yaşayacağam".
Xatırladaq ki, Şeydayev "Trabzonspor"la 4 illik müqavilə imzaladıqdan sonra komandanın Slovakiyadakı təlim-məşq toplanışına qatılıb.