Avropa Liqasında III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan klublarından mübarizəni davam etdirən "Neftçi"nin Gürcüstan "Çixura"sı ilə üz-üzə gələcəyi dəqiqləşib.
"İnter" isə İsveç "Elfsborq"unu üstələsəydi, İslandiyaya "Hafnarfyördur"la matça yollanacaqdı. "Qəbələ"ni elə ilk mərhələdəcə dayandıran Bosniya və Herseqovina "Şiroki Briyeq!"i II mərhələdə Çexiya "Mlada Boleslav"ı ilə bacarmayıb. "Mlada Boleslav" indi Fransa "Lion"u ilə qarşılaşacaq.
Avroliqanın III təsnifat mərhələsində görüşəcəklər:
"Çernomorets" (Odessa, Ukrayna) - "Split" (Xorvatiya)
"Sent Cohnston" (Şotlandiya) - "Spartak" (Trnava, Slovakiya)
"Karabükspor" (Türkiyə) - "Rusenborq" (Norveç)
"Maynts" (Almaniya) - "Asteras" (Yunanıstan)
"Mlada Boleslav" (Çexiya) - "Lion" (Fransa)
"Dioşdyor" (Macarıstan) - "Krasnodar" (Rusiya)
"Omoniya" (Kipr) - "Metallurq" (Skopye, Makedoniya)
"Torino" (İtaliya) - "Brommapoykarna" (İsveç)
PSV (Hollandiya) - "Sankt Pölten" (Avstriya)
"Zarya" (Ukrayna) - "Molde" (Norveç)
"Styarnan" (İslandiya) - "Lex" (Polşa)
"Trençin" (Slovakiya) - "Hall Siti" (İngiltərə)
"Real Sosiedad" (İspaniya) -"Aberdin" (Şotlandiya)
"Astana" (Qazaxıstan) - AİK (İsveç)
"Zulte Varegem" (Belçika) - "Şaxtyor" (Soliqorsk, Belarus)
"Astra" (Rumıniya) - "Slovan" (Liberets, Çexiya)
"Qrödiq" (Avstriya) - "Zimbru" (Moldova)
"Sarayevo" (Bosniya və Herseqovina) - "Atromitos" (Yunanıstan)
"Dinamo" (Moskva, Rusiya)- "Hapoel" (Kiryat Şmona" (İsrail)
"Yanq Boys" (İsveçrə) - "Ermis Aradippu" (Kipr)
"Víkinqur" (Farer adaları) - Riyeka" (Xorvatiya)
"Petrolul" (Rumıniya) - "Viktoriya" (Plzen, Çexiya)
"Rux" (Polşa) - "Esbyerq" (Danimarka)
"Elfsborq" (İsveç) - "Hafnarfyördur" (İslandiya)
"Şaxtyor" (Karaqanda, Qazaxıstan) - "Hayduk" (Xorvatiya)
"Göteborq" (İsveç) - "Riu Ave" (Portuqaliya)
"Brügge" (Belçika) - "Bröndbü" (Danimarka)
"Dinamo" (Minsk, Belarus) / MüPA (Finlandiya) - ÇFR (Rumıniya)
"Neftçi" (Azərbaycan) - "Çixura" (Gürcüstan)
Oyunlar iyulun 31-də və avqustun 7-də olacaq.