"Qarabağ" ardıcıl 3-cü mövsümdür çıxış etdiyi Çempionlar Liqasında (ÇL) ilk dəfə penalti vurub. Sportnet.az-ın məlumatına görə, bu, yeni mövsümdə debütdə - Lüksemburqun "Düdelanj" klubuna evdə 2:0 hesabı ilə qalib gəldikləri matçda olub. Brazilyalı futbolçumuz Riçard Almeyda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın 10-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsindən hesabı açıb.
1997-ci ildən təmsil olunduğumuz Avropanın ən nüfuzlu klub turnirində 18 mövsümdə cəmi 4 penalti vurmuşuq. İlk penalti da mərkəzi arenada olub. Bu, 1999-cu ildə I təsnifat mərhləsinin cavab oyunu çərçivəsində "Kəpəz" - "Sloqa Yuqomaqnat" (Makedoniya) matçının 90-cı dəqiqəsində Vidadi Rzayevin dəqiq zərbəsiylə qol olub. Nəticədə gəncəlilər 2:1 hesabı ilə qalib gəlib.
İkinci penalti də Respublika stadionunda ÇL-in cavab matçına təsadüf edib. Bu, II təsnifat mərhələsinin 2005-ci ildə "Neftçi" - "Anderlext" (Belçika) matçının 5-ci dəqiqəsində moldovalı yarımmüdafiəçi Vadim Boretsin vurduğu qol olub. Onda da komandamz qalib gəlib - 1:0.
Üçüncü penalti artıq səfər matçında olub. Bu dəfə "Neftçi"nin kapitanı Rəşad Sadiqov fərqlənib. O, 2012-ci ildə Gürcüstanın "Zestafoni" klubu II təsnifat mərhələsinin cavab oyununun 51-ci dəqiqəsində hesabı bərabərləşdirib və matç elə belə də nəticələnib. - 2:2.
Göründüyü kimi, klublarımız ilk dəfə birinci oyunda penalti vurmaq hüququ qazanaraq yenə bundan yararlanıb. Penalti vuran klublarımız həmin oyunlarda adətən uduzmurlar. Ancaq yalnız "Neftçi" - "Zestafoni" duelində komandamız cütün qalibi ola bilib. "Kəpəz" makedonlara, "Neftçi" belçikalılara evdə qalib gəlsə də, səfərdə uduzduğundan mübarizəni dayandırıb. "Qarabağ" isə "Düdelanj"la səfər matçını iyulun 20-dək keçirəcək.
"İnter" isə ÇL-də oyunsonrası penaltilərdən istfadə edib. Bu, 2010-cu ildə II təsnifat mərhələsində Polşanın "Lex" klubu iə səfərdəki cavab oyununda olub. Poznandakı görüşdə qalib müəyyənləşmədiyindən (hər oyunda qonaqlar 1:0 qalib gəlib) matçsonrası 11 metrlik cəribələrindən istifadə edilməli olub. "Bankilər" 8:9 hesabı ilə uduzublar. Qapıçı Georgi Lomaya da penalti vurmalı olub və onun qeyri-dəqiq zərbəsi həlledici alınıb.
Onu da bildirək ki, "Qarabağ" Avropa Liqasında penalti vurmaq hüququ qazanıb. Özü də son vaxtlar bunu bir qayda olaraq Almeyda yerinə yetirib və hər dəfə zərbəsi dəqiq olub.