1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Penalti qolla nəticələnsəydi..."
"MTK ilə oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi çox yaxşı təhlil etmişdik. Bu oyunda rəqibin ifasında bildiklərimizi gördük". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Macarıstanda MTK-nı 2:1 hesabı ilə yendikləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
O bildirib ki, rəqib yaxşı komandadır, heyətində fiziki cəhətdən güclü futbolçular var: "Bu da dərhal diqqət çəkir. Komandanın əksər oyunçuları texniki cəhətdən də güclüdürlər. Meydanda da rəqibin yaxşı komanda olduğunun təsdiqini gördük. Oyun elə alındı ki, matçın axarı da, hesabı da fərqli ola bilərdi. Biz rəqibdən daha çox qol vurduğumuz üçün qalib gəldik. Penaltinin qolla nəticələnəcəyi halda necə olacağını bilmərik. Amma deyərdim ki, meydanda ciddi nə isə dəyişməzdi".
Ukraynalı mütəxəssisin fikrincə, cavab oyunu da oxşar tərzdə keçəcək: "Bu matça qədər şanslar 50-nin 50-yə idi. Səfərdə iki qol vursaq da, cavab matçı öncəsi şanslar təxminən bərabərdir. Çünki rəqibin gücünü real qiymətləndirirəm. Bu komanda çox güclü oynamaq iqtidarındadır və cavab qarşılaşmasında ciddi matç olacaq”.
Qeyd edək ki, təkrar qarşılaşma iyulun 21-də Bakıda keçiriləcək.