1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ozobiç qol hesabını Azərbaycanda açdı, Kvekveskiri isə...
"Qəbələ"nin yeni transferləri qol hesablarını açıblar. Sportnet.az-ın məlumatına görə, mövsümlərarası fasilədə gələn liberiyalı Teo Uiksin ardınca digər yarımmüdafiəçilər - gürcü Nika Kvekveskiri ilə xorvat Filip Ozobiç ilk qollarını vurublar. Bu, Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyunda olub. Fərq ondadır ki, Uiks bu dəfə fərqlənməsə də, ilk mərhələdən sonra hesablnda 4 qol var.
Bu, Ozobiç üçün ümumiyyətlə, avrokuboklarda ilk olduğundan xüsusilə əlamətdardır. 25 yaşlı yarımmüdafiəçi əvvəlki klublarından vətənində "Hayduk"la, habelə Moskva "Spartak"ı ilə qitəmqiyaslı turnirlərin həyəcanını yaşasa da, ümumilikdə meydana çıxdığı 4 oyunda fərqlənməyib. O, qol hesabını 7-ci matçında, özü də Azərbaycan klubunun heyətində aça bilib.
Kvekveskiri isə Azərbaycan karyerası zamanı avrokuboklarda artıq 3-cü dəfə fərqlənir. Məlum olduğu kimi, 24 yaşlı legioner "Qəbələ"yə "İnter"dən gəlib və ötən mövsüm bu komandanın heyətində elə Avropa Liqasında öz sözünü deyib. Nika "İnter"də debüt matçında qol hesabıı aça bilib. Bu, ilk təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə 1:1 hesabı ilə nəticələnən səfər matçında olub. O, II təsnifat mərhələsinin səfərdə keçirilən ilk matımda da rəqib qapısına yol tapılıb. Bu dəfə İslandiyada "Hafnarfyordur"u məyus edən Kvekveskiri penaltidən fərqlənib - 2:1.
Maraqlıdır ki, gürcü futbolçu qol vurduğu matçlarda bir qayda olaraq hesabı açıb və komandası uduzmayıb. Yenə səfərdə sözünü deyən Nika sadəcə, bu dəfə ilk hissədə qola imza atıb. O, vətənində Tiflis "Dinamo"sunda avrokuboklarda 7 oyun keçirib və 1 qol vurub. Millisinin da üzvü olan Kvekveskiri Avropada 16-cı matçında 4-cü dəfə fərqlənir.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib