"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan Moldovanın "Şkendiya" klubunun futbolçusu Besart İbraimi Bakıya ilk dəfə səfər etməyib. 30 yaşlı makedoniyalı hücumçu Sportnet.az-a açıqlamaısnda paytaxtımızda ilk gəlişinin müqavilə imzalamaq məqsədilə olduğunu bildirib.
İbraiminin sözlərinə görə, bir vaxtlar karyerasını Azərbaycanda davam etdirmək variantı olub: "2008-ci ildə Bakıda olmuşdum. Ancaq bu, qısa müddətlik - 2-3 günlük səfər idi. Paytaxtınıza müqavila imzalamaq məqsədilə gəlmişdim. Demək olar anlaşmışdıq. Ancaq həmin vaxt Makedoniyada çıxış etdiyim "Renova" klubu məni buraxmadı. Ona görə də geri qayıtmalı oldum. Düzdü, həmin Azərbaycan klubunun adını xatırlamıram. Üstündən 8 il keçib, unutmuşam. Yadımda qalan Bakı təmsilçisi olmasıdır".
İbraimi 2008-10-cu illərdə "Renova"da oynayıb (43 matç, 12 qol). O, bundan sonra karyerasını Almaniyanın "Şakle" klubunda davam etdirib. Ancaq millisinin də üzvü olmuş Besart Bundesliqada cəmi 2 oyun keçirib.
Qeyd edək ki, İbraimi "Neftçi" ilə qolsuz bərabərliklə nəticələnən oyunda əsas heyətdə meydana çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib.