1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Şkendiya" - "Neftçi" oyununa maraq azdır
İyulun 21-də Makedoniyanın paytaxtı Skopyedə "Şkendiya" və "Neftçi" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşünə azarkeş marağı elə də yüksək səviyyədə olmayacaq. Sportnet.az-ın Skopyeyə ezam olunmuş əməkdaşının məlumatına görə, satışa cəmi 13 min bilet çıxarılıb.
Oyuna bir gün qalmış biletlərin cəmi 10 faizi satılıb. Azarkeş marağının aşağı səviyyədə olması "Şkendiya"nın paytaxtı deyil, Tetovo şəhərini təmsil etməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi II Filipp adına Milli Arena 36400 tamaşaçı tutumuna malikdir.