"Neftçi"nin futbolçusu Vançe Şikov uzun müddətə sıradan çıxıb. Klubdan Sportnet.az-a verilən məlumata görə, 72-ci dəqiqədə rəqiblə mübarizədə yerdə qalan təcrübəli müdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib. 
İlkin tibbi müayinədən sonra oyunçunun ayağının sındığı və ən azı 4 həftə gipsdə qalacağı açıqlanıb. 
Qeyd edək ki, Vançe Şikov ciddi zədə almaqla yanaşı, həmin epizodda ikinci sarı vərəqə görərək, meydandan qovulub. Görüş isə "Neftçi"nin 0:1 hesablı məğlubiyyəti və turnirə vida deməsi ilə yekunlaşıb. 









                 





    
    
    
    
    
    
    
    
    

























































