1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əliyar Ağayev: "Finalı idarə edəcəyimi eşidəndə təəccübləndim"
"Avropa çempionatının final oyununu idarə etmək mənim üçün böyük şərəfdir. Hərçənd, bu təyinatı eşidəndə, bir az təəcübləndim". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın rəsmi saytına açıqlamasında deyib. Almaniyada təşkil olunan 19 yaşadək futbolçularından ibarət yığmaları arasında (U-19) Avropa çempionatının final oyununa təyinat almasına münasibət bildirən gənc referi hakimlərin ən yaxşısını əldə etmək istədiklərini bildirib: "Hakimlər matçdan matçda inkişaf etmək istəyirlər. Mən də istisna deyiləm. Turnir başlayandan qarşıma final oyununu idarə etmək məqsdəqi qoymuşdum. Belə şans mənə verildiyi üçün çox sevinirəm. Bu, Azərbaycan hakimlik məktəbi üçün böyük nailiyyətdir. Mənə dəstək olan ailəmə və rəhbərimə minnətdarlığımı bildirmək istərdim. Onlar çox sasğ olunlar! Bu möhtəşəm ölkədə keçirilən möhtəşəm turnirdir. Təşkilatçılıq sadəcə, gözəldir. Almaniya futbol ölkəsidir. Matçlar yüksək səviyyədə stadonlarla keçirilirdi. Hakimlərin belə böyük publika qraşısında idarəçilik etmək çox xoşlarına gəlir".
Qeyd edək ki, Ağayev iyulun 24-də Almaniyanın Sinsheim şəhərinin "Rhein-Neckar-Arena”sında Fransa - İtaliya finalını idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.