"Lill"lə oyuna yaxşı hazırlaşmışıq. Həm bu sınağa, həm də növbəti mərhələyə keçməyə tam hazırıq. Amma bilirik ki, çətin matç olacaq. Buna baxmayaraq, komandamda yaxşı səviyyə olduğuna əminəm". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin liberiyalı futbolusu Teo Uiks Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə bugünkü səfər oyunu öncəsi bushchicken.com saytına açıqlamasında bildirib.
Vurduğu 5 qolla Avropa Liqasının bombardiri olan yarımmüdafiəçi Avropa Liqasında mübarizəyə ilk mərhələdən başladıqlarını, bura qədər irəlilədiklərini ön plana çəkib: "Güclü komandalarla üzləşsək də, onları mübarizədən kənarlaşdıra bilmişik. Qarşıdakı matça həm fiziki, həm də psixoloji baxımdan da hazırıq. Rəqibə hörmət edirik, ancaq ondan qorxmuruq".
Xatırladaq ki, "Lill" - "Qəbələ" oyunu bu gün saat 21:00-da keçiriləcək.