Kamerunlu hücumçu Marsel Essombenin Avropa Liqasında təmsilçimiz "Qəbələ"yə keçidi baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, klub prezidenti Tale Heydərov hazırda yeni hücumçu axtarışında olduqlarını bildirib.
Onun sözlərinə görə, Buxarest "Dinamo"sundan dəvət olunan afrikalı legioner tibbi müayinədən uğurla keçə bilməyib: "Bir futbolçunu heyətimizə qata bilərdik. Lakin onun səhhəti ilə bağlı problem ortaya çıxdı. Ona görə də axtarışlarımız davam edir. Komandaya 1 hücumçu lazımdır".