1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Teo Uiks: "Cavab matçında mütləq qələbə qazanmalıyıq"
"Çətin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Amma səfərdən heç-heçə ilə ayrılırıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ”nin legioneri Teo Uiks Avropa Liqasının III təsnifat mərhələsinin səfərdə "Lill"lə bərabərə qaldıqları ilk matçından (1:1) sonra deyib.
İlk hissədə qol imkanını boşa verən liberiyalı yarımmüdafiəçi həmin epizodu belə şərh edib: "Bu, bir şans idi. Amma istifadə edə bilmədim. Razıyam, vursaydım, oyun başqa hesabla bitəcəkdi. Buna baxmayaraq, özümü xoşbəxt hiss edirəm. Çünki burdan yaxşı nəticə ilə qayıdırıq".
Uiks fasilədən sonra oyunlarının istədikləri kimi alınmamasına da aydınlıq gətirib: "İkinci hissədə oyunumuz alınmadı. Çünki rəqib evdə oynayırdı. Motivasiyaları var. İstəyirdilər ki, nəticəni xeyirlərinə dəyişsinlər. Yenə deyirəm, bu nəticə bizim üçün yaxşıdır”.
Vurduğu 5 qolla Avropa Liqasının bombardirləri sırasında yer alan Uiks qarşıdakı görüşlərdə də qol vuracağına inandığını bildirib: "Əlbəttə, belə başlanğıc yaxşı motivasiyadı mənim üçün. Ona görə də qarşıdakı oyunlarda yenə qollar gözləməyə dəyər. Üzərimdə təzyiq hiss etmirəm. Cavab görüşünə gəlincə, doğma meydanda oynayacağıq. Ona görə də mütləq qələbə qazanmalıyıq”.
Mənbə: Qol.az