Azərbaycanın UEFA-nın reytinq siyahısında əsas rəqibləri ilə xal fərqi dəyişməz qalıb. Sportnet.az-ın məlumatına görə, ölkəmizi 1 pillə qabaqlayan Şotlandiya ilə ən yaxın izləyicimiz Kipr də Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra aktivlərinə 0.125 xal yazıblar.
Bu, Kiprin AEK klubunun evdə Moskva "Spartak"ı ilə 1:1 hesablı heç-heçə etməsi sayəsində mümkün olub. Kiprin digər təmsilçisi "Apollon" isə səfərdə İsveçrənin "Qrasshoppers" klubuna 1:2 hesabı lə uduzub.
Şotlandiyadan isə yalnız "Aberdin" ötən axşam oynayıb və evdə Sloveniya "Maribor"u ilə 1:1 hesablı heç-heçə edib. Şotlandiyanın hesabında 16.675, Kiprdə 15.300 xal var. 24-cü pillədə olan Azərbayycan isə cari mövsümdə 2.125, son 5 ilə görə 15.625 xal toplayıb.
Xatırladaq ki, "Qəbələ" də dünən Fransanın "Lill" klubu ilə 1:1 hesablı heç-heçə edib. Ancaq Şotlandiya və Kipr təmsilçilərindən fərqli olaraq koimandamız buna səfərdə imza atıb.