"Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olmağa layiqdir. Ancaq püşk onu "Lill" klubunu rəqub edib". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Kiyev "Dinamo"sunun sabiq hücumçusu Oleq Salenko Ukrayna mətbuatına açıqlamasında bildirib.
1994-cü ildə Rusiya milli komandasının heyətində dünya çempionatının bombardirlərindən biri kimi "Qızıl buts"un sahiblərindən olan Salenko "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuka yüksək qiymət verib. Onun fikrincə, "Lill"in "Qəbələ"yə ilk matçadək heç bir rəsmi oyun keçirməməsi komandamız üçün üstünlük olub: "Lill" Fransa çempionatının sirli komandasıdır. O, həm hədəfə çata, həm də uğursuz çıxış edə bilər. İstənilən halda, əminəm ki, Qriqorçukun böyük qələbələri hələ irəlidədir".
Xatırladaq ki, "Lill"lə Fransada 1:1 hesablı bərabərliyə qalan "Qəbələ" Qriqorçukun rəhbərliyi altında ötən mövsüm Avropa Liqasının qrupunda iştirak edib.