1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Lill"in futbolçusu: "Bakıda qələbəyə oynayacağıq"
"Qəbələ" ilə matçın ilk hissəsində oyunumuzda lazımı temp olmadığına görə rəqib tez-tez kəskin hücumlar təşkil edirdi. Lakin fasilədən sonra hər şey dəyişdi. Biz daha yaxşı oynadıq. Ancaq əfsuslar olsun ki, qol imkanlarından istifadə edə bilmədik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Lill"in futbolçusu İbrahim Amadu klubunun rəsmi saytına açıqlamasında bildirib. Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə evdəki 1:1 hesablı heç-heçəni dəyərləndirən yarımmüdafiəçi nəticədən narazı qalıb: "Çünki avrokuboklarda öz meydanında bərabərlik yaxşı nəticə sayılmır. Cavab görüşü çətin olsa da, biz qələbəyə oynayacağıq. Səfər matçında "Qəbələ"yə öz oyunumuzu diqtə etməyə çalışacağıq".
Qeyd edək ki, "Qəbələ" - "Lill" matçı avqutsun 4-də saat 21:00-da "Bakcell Arena"da başlayacaq.