1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ay maşallah, göz dəyməsin...
Ay maşallah, göz dəyməsin, azərbaycanlı futbolçuların transfer xəbərləri bir-birini əvəzləyir. Yox, bu, daxili transfer bazarı ilə bağlı deyil. Onsuz da Premyer Liqamı təmsilçilərimizdə gurultulu transferlər demək olar yoxdur və onsuz da əsas diqqəti əcnəbi klublara keçidlərə yönətlmişik. İndi isə bunlar yay fasiləsində artan templə davam edir. Özü də aşağı divizion yox, Avropanın tanınan klublarına.
Düzdür, ilk transferimiz Elnur Cəfərovun keçdiyi "Tondela" klubu yüksək liqanın debütantı olsa da, hər halda, Portuqaliya təmsilçisidir. Özü də "Xəzər Lənkəran"ın 19 yaşlı yetirməsi bu ilin ilk yarısında rəsmi oyun keçirməməsinə, həmin vaxt transferə çıxarılmasına baxmayaraq keçidə nail oldu. Cəfərov yeni klubunda yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərərək qol hesabını da aça bilib. Onun baş məşqçisi isə Portuqaliyanın tanınmış futbolçularından olan, millisinin heyətində yığmamıza qarşı oynamış keçmiş yarımmüdafiəçi Petitdir. "Tondelo"nu ilk turda evdə çox çətin sınaq gözləyir. Cəfərov debütünü avqustun 13-də çempion "Benfika"ya qarşı edə bilər.
Portuqaliyanın Premyer Liqasında digər transferimiz da millinin gənc yarımmüdafiəçisidr. Düzdür, Budaq Nəsirovun keçdiyi "Sportinq" debütant yox, ölkənin ən titulla klublarından biridir, son vitse-çempiondur. Əlbəttə, 21 yaşlı Nəsirova belə bir güclü heyətə malik komandada möhkəmlənmək çox çətin olacaq. Ancaq əsas odur ki, bu əla fürsət futbolçumuzun əlinə düşüb və sadəcə, ondan maksimum yararlanmaq laızmdır. Nəsiorv belə bir tanınan kluba düşməyi arzulayırdısa, bu, artıq arzu yox, reallıqdır. Özü də "Sportinq" uzun müddətli müqavilə bağladığı Nəsirova görə 60 milyon avro transfer qiyməti qoyduğunu rəsmən açıqlayıb. Bu, sadəcə, inanılmazdır. Belıə məbləğlərin adətən ulduz futbolçulara qoyulduğuna adət etmişik, azərbaycanlı futbolçuya yox. Öz oyunçularımız heç 1 milyon olmadığı halda, birdən-birə 60 milyon rəsmi məbləğin qoyulmas fantastik bir şeydir. Nəsirovun "Sportinq"də baş məşqçisi təcrübəli terli mütəxəssis, uzun ilər "Benfika"nı çalışdırmış Jorze Jezuşdur. Nəsirova hələ ki B komandasında yer verən lissabonlular ilk turda avqustun 13-də "Maritimo" ilə ev oyunu gözləyir.
Portuqaliyada 3-cü təmsilçimiz "Boavişta"ya keçən Emin Mahmudovdur. Düzdür, 24 yaşlı bu yarımmüdafiəçi uzun müddətdir Rusiyada oynasa, bu ölkəyə bağlı olsa da, əslən Azərbaycandandır. Təbii ki, Mahmudov Cəfərov və Nəsirovla müqayisədə daha tanınmış futbolçudur və yetirməsi olduğu Moskva "Spartak"ı da daxil olmaqla Rusiyanın bir neçə Premyer Liqa klubunda oynayıb. "Boavişta"ya keçidi Mahmudov üçün karyerasında irəliyə doğru addım saymaq lazımdır. Bu komanda çempionata avqustun 14-də "Aruka" ilə ev oyunu ilə başlayacaq. Mahmudovun baş məşqçisi məşqçisi boliviyalı Ervin Sançesdir.
Mahmudov kimi karyerası Rusiyaya bağlı olan, ancaq ondan fərqli milli komandamızla oynamaqla bağkıl AFFA-ya rəsmi müraciət edən, FİFA-dan cavab gözləyən Ramil Şeydayev də nəinki klubunu, ölkəsini dəyişdi. 21 yaşlı hücumçu Türkiyənin aparıcı klublarından olan "Trabzonspor"a keçdi. O da yoxlama matçında qol hesabını açmağa müfəqqəq olub. Yetirməsi olduğu "Zenit"dən əsas komandada yer verilmədiyinə görə gedən, əvəzedici heyətdə oynamağı daha istəməyən Şeydayev Trabzon klubuna böyük ümidlərlə transfer olunub. O, Türkiyənin tanınmış mütəxəssislərindən olan, millini da çalışdırmış Ərsun Yanalın rəhbərliyi alında çıxış edəcək. "Trabzonspor" ilk turda avqustun 21-də "Kasımpaşa"nı qonaq edəcək.
Ən nəhayət, millimizin yarımmüdafiəçisi Eddi İsraifilov da yeni transferlər siyahısındadır. O, doğulub boya-başa çatdığı, futbolun sirlərini öyrəmdiyi, indiyədək bir sıra klublarında oynadığı İspaniyanı tərk etməyə qərar verdi. 24 yaşlı yarımmüdafiəçi Primeronu İngiltərə "Çhampionship"ə, yəni II diviziona dəyişməyi daha məqsədəuyğun saydı. İsrafilovu heyətinə qatan klub isə bu yaxınadək Premyer Liqda oynamış "Fulhem"dir. 2010-cu ildə Avropa Liqasının finalınadək irəliləyən London təmsilçisi Premyer Liqaya qayıtmağı qarşısına məqsəd qoyub. Bunun üçün "Fulhem" İsrafilovun müqvailə ilə məxsus olduğu "Mursiya"ya 200 min avro ödəyərək keçidi reallaşdırıb. İngilislər millimizin üzvünə böyük ümidlər bəsləyir. Onun yaxşı fiziki göstəricilərə malik, ucaboylu (1,91 metr) olması xüsusi vurğulanır. İsrafilovun "Fulhem"də baş məşqçisi serbiyalı Slavişa Yokanoviç olacaq. Londonlular avqustun 5-də "Nyukasl"la ev oyunu ilə yeni mövsümə start verəcəklər.
Gəlin razılaşaq ki, bu transferlər artıq başqa söhbətin, ciddi müzakirə mövzusudur. Onlar haqda daha yazmaq ürəkaçandır, nəinki Türkiyənin birinci diviziona gedərək orada da möhkəmlənə bilməyən futbolçulardan. Təki Avropaya yollanan bu futbolçularımızn taleyi min bəhanə gətirərək vətənə dönənlər kimi uğursiz olmasın. Necə deyərlər, artıq hər şey onların özlərindən asılıdır. Avropaya yollananlar ilk növbədə onu bilməlidir ki, bu klublara oynamaq üçün keçoblər, ehtiyatda oturmağa yox. Millimizin məşqçiləri də ölkədən kənarda legionerlərimizin olmadığına görə daha gileylənməyərək, haqqında söz açdığımız futbolçuları xüsusi diqqətdə saxlayacaqlar. Klublarımız da öz yetirmələri ilə fəxr edərək, gələcəkdə daha irəli getmələri müqabilində qazanc əldə edə bilərlər. Hərçənd, indiki məqamda da "Sumqayıt" Nəsirovu, "Xəzər Lənkəran" Cəfərovu sərbəst buraxmaqla xaricə gedişlərinə əngəl törətmədi.
Fakt odur ki, futbolumuzda pulun əvvəlkitək olmaması, Premyer Liqada klubların sayının azalması dönüş nöqtəsinə, ölkədən kənara kütləvi axına səbəb oldu. Təki davamlı olsun...
Mehman Süleymanov