"Qarabağ" klubu Çempionlar Liqasında mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, "köhlən atlar" Çexiyanın "Viktoriya" klubu ilə III təsnifat mərhələsinin cavab oyununda qalib gələ bilməyib.
Bakıda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Çexiyadakı ilk görüşdə qolsuz bərabərlik qeydə alındığından, mərhələ adlayan tərəf "Viktoriya" olub.
Bununla da "Qarabağ" tarixində üçüncü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırıb.
Çempionlar Liqası, III təsnifat mərhələsi
Cavab oyunu
20:30. "Qarabağ" (Azərbaycan) – "Viktoriya" (Çexiya) - 1:1
Qol: Muarem Muarem, 28
Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova)
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0