"Valensiya” növbəti transferini reallaşdırıb. Sportnet.az-ın məlumatına görə, "Barselona”nın müdafiəçisi Martin Montoya heyətə cəlb olunub. 25 yaşlı futbolçu "Valensiya” ilə 4 illik müqavilə imzalayıb. Onun keçidi "yarasalar”a havayı başa gəlib.
Qeyd edək ki, Montoya son mövsümü icarə əsasında "İnter” və "Betis”də keçirib.