Son 3 mövsümdə Avropa Liqasının qalibi olan "Sevilya”da Kevin Qameyrodan sonra Koke də komandadan ayrılıb. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı ispaniyalı sağ cinah müdafiəçisi növbəti mövsüm Almaniya Bundesliqasında çıxış edəcək.
"Şalke” Kokeni transfer edib. Almaniya mətbuatının yazdığına görə, Helzenkirhen təmsilçisi bu transfer görə ispanlara 3 milyon avro ödəyib.
2011-ci ildə transfer olduğu "Sevilya”da 5 mövsüm forma geyən təcrübəli futbolçu 3 dəfə Avropa Liqasını qazanıb.
Xatırladaq ki, daha öncə "Sevilya” Qameyronu 32 milyon avroya "Atletiko Madrid”ə göndərib.