Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda keçiriləcək pley-off matçının təyinatları məlum olub.
Sportnet.az xəbər verir ki, mayın 28-də Sumqayıt şəhərindəki "SOCAR Polymer Arena"da təşkil olunacaq qarşılaşma yeni FIFA referisi Tural Qurbanova tapşırılıb.
Hakim-inspektor funksiyasını isə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov yerinə yetirəcək.
28 may (cümə axşamı)
18:30. “Qəbələ” – “Mingəçevir”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“SOCAR Polymer Arena”.








































































