Qətərin "Əl Sədd" klubunda çıxış edən Xavyer Hernandes qaçqınlara kömək edən xeyriyyə cəmiyyətinə hədiyyə verib. Sportnet.az-ın məlumatına görə, futbolçu uzunluğu 9 metr, eni 2,6 metr olan "Pelopina" adlı yaxtasını cəmiyyətə bağışlayıb.
Xeyriyyə cəmiyyəti yaxtanı satışa çıxaracağını və əldə olunacaq gəlirin insanlara kömək layihələrində xərclənəcəyini bildirib.
Qeyd edək ki, 17 mövsüm İspaniyanın "Barselona" klubunda top qovan Xavi ötən ilin mayında Qətərə yollanıb.