
İtaliyanın Yezolo şəhərində çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, seçmə mərhələ oyunları bu il sentyabrın 2-dən 11-ə qədər püşkatma mərasimin təşkil olunduğu şəhərdə keçiriləcək. Azərbaycan milli komandası Macarıstan, Fransa və Bolqarıstan yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.