Ötən mövsüm bitəndən sonra "Qəbələ" ilə yollarını ayıran Aleksey Qayın yeni klubu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı ukraynalı yarımmüdafiəçi karyerasını Rusiyanın birinci divizion təmsilçisi "Kuban"da davam etdirəcək.
Rusiya mətbuatı Qayın ötən mövsüm Premyer Liqada yerini qoruya bilməyən Krasnodar təmsilçisinin yeni futbolçusu olduğu haqda məlumat yayıb.
Xatırladaq ki, Qay "Qəbələ"də çıxış etdiyi ilyarımda Azərbaycan Premyer Liqasının 2 dəfə bürünc mükafatçısı olub. O, bunadək karyerasını vətənində "Şaxtyor", "İlyiçevets" və "Çernomorets" klublarından keçirib.