Hazırda davam edən "Qəbələ" - "Lill" (Fransa) görüşündə gərginlik yaşanıb. Sportnet.az-ın məlumatına görə, hadisə matçın 29-cu dəqiqəsində baş verib.
Fransa təmsilçisinin hücumu zamanı Filip Ozobiç və rəqibin heyətində Eder bir-birinə qarşı sərt oynayıb. Bundan sonra topu itirən portuqaliyalı futbolçu yerə yıxılıb və oyunun baş hakimi Aleksey Yeskov "qırmızı-qaralar"ın qapısına cərimə zərbəsi təyin edib.
Referinin bu qərarı baş məşqçi Roman Qriqorçukun sərt reaksiyasına səbəb olub. Baş hakim ukraynalı mütəxəssisin yanına gələrək ondan sakitləşməsini tələb edib və bundan sonra oyun davam edib.
Qeyd edəjk ki, hazırda "Qəbələ" 1:0 hesabı ilə qalib gəlir.