"Qəbələ"ni yetərincə tanımırıq. Ancaq biz dərhal məlumat toplamağa və oyunların videoyazılarını izləməyə başlamışıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın "Maribor" klubunun baş məşqçisi Darko Milaniç bildirib.
Onun sözlərinə görə, "qırmızı-qaralar"ın bu turnirdə artıq 3 rəqibi, xüsusilə "Lill" kimi güclü komandanı mübarizədən kənarlaşdırması çətin sınağın olacağını göstərir: "Qəbələ" hörmətə layiq olmağı haqq edir. Bizim diqqətə yetirməməyə və ya həddən artıq boşalmağa əsasımız yoxdur. Rəqiblərimiz mütəmadi avrokubok yarışlarında çıxış edir və çoxlu pula malikdirlər. Klubun sahibkarı zəngin olanda, hər şey edə bilərsən. "Lill"lə oyunlarda "Qəbələ"nin start heyətində 2 yerli futbolçu vardı, qalanları legionerlər, baş məşqçisi də əcnəbi idi. Rəqibə hörmət etməklə yanaşı, bizim də səviyyəmiz var. Növbəti matçımız artıq bazar ertəsidir. Bu, derbidir, ondan sonra "Qəbələ"yə daha çox vaxt ayıracağıq".
Xatırlkadaq ki, 49 yaşlı Milaniç 2008-2013-cü illərdə da rəhbərlik etdiyi "Maribor"un baş məşqçi postuna bu il qayıdıb. O, 2000-ci ilə Avropa çempionatında Sloveniya millisinin kapitanı olub.