1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz bir pillə irəlilədi
FİFA ötən ay üçün milli komandaların reytinqini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi siyahıda bir pillə irəliləyib.
Robert Prosineçkinin rəhbərlik etdiyi komanda 253 xalla 136-cı pillədə qərarlaşıb. Millinin DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniyanın mövqeyində heç bir dəyişiklik olmayıb. Rəqib komanda 1319 xalla 4-cüdür. Şimali İrlandiya 822 xalla 28-ci, aktivində 768 xal olan Çexiya və 588 xal olan Norveç bir pillə geriləyərək 34 və 50-ci olublar. San Marino isə 20 xalla siyahının sonunda - 200-cü pillədə yer alıb.
Türkiyə yığması isə 915 xalla 19-cudur. Fransada keçirilmiş Avropa çempionatının qalibi Portuqaliyanın mövqeyində heç bir dəyişiklik olmayıb - 1266 xal, 6-cı yer.
Qeyd edək ki, növbəti reytinq siyahısı sentyabrın 15-də açıqlanacaq.