1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Bakı Olimpiya Stadionunu bəyənmədi
"Qəbələ" klubu futbol üzrə Avropa Liqasında Sloveniya "Maribor"u ilə avqustun 18-də keçirəcəyi ilk matçın stadionunu müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, ev arenası kimi UEFA-ya Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"nın adı göndərilib.
Məktubda stadionun yerinin dəyişdirilməsinə "Bakcell Arena"nın ot örtüyündəki yenilənmə işləri səbəb göstərilib. Başlama saatı isə dəyişdirilməyib - 21:00. Hazırda "Qəbələ" Avropa futbol qurumunun cavabını gözləyir.
Ot örtüyündəki yenilənmə işləri ilə əlaqədar "Bakcell Arena"nın təmirə bağlanmasından sonra seçim üçün 2 variant olub. Bakı Olimpiya Stadionuna baxış keçirən klub nümayəndələri orada ot örtüyünün o qədər də yaxşı vəziyyətdə olmadığı qənaətinə gəliblər. Üstəlik, 70 minədək tamaşaçı tutumuna malik arenada azarkeşlərin az görünəcəyi və tribunaların meydandan uzaqlığı "Qəbələ" rəsmilərini 6500 nəfərlik "Dalğa Arena" variantına üstünlük verməyə sövq edib.
Amma Mərdəkandakı stadiona yolun uzaqlığı azarkeşlərə və jurnalistlərə problem yarada bilər. Üstəlik, oyun gecə yarısınadək davam edəcəyindən, evə dönüş üçün nəqliyyat tapmaq müşkülə çevriləcək. S.Səfiyarlı narahatlığa əsas görmədiklərini, oyun günü Mərdəkana azarkeşləri aparıb-gətirmək üçün nəqliyyat vasitələrinin ayrılacağını açıqlayıb.
Qeyd edək ki, cavab görüşü avqustun 25-də keçiriləcək.