Iyulun 16-dan yeni mövsümün hazırlıqlarını Türkiyənin Bolu şəhərində keçirən AZAL qardaş ölkədə 12 günlük toplanışdan sonra vətənə dönüb. Sportnet.az-ın məlumatına görə, dünən axşam saatlarında Bakıya çatan "təyyarəçilər”ə 2 günlük istirahət imkanı verilib.
Tərlan Əhmədovun başçılıq etdiyi komanda iyulun 31-də axşam məşqində bir araya gələcək və avqustun 9-u start götürəcək Topaz Premyer Liqasının ilk turuna hazırlıqlar başlayacaq.
Qeyd edək ki, ilk turda AZAL öz meydanında "Xəzər Lənkəran”ı qəbul edəcək.